Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə qeyd edildi.

01 iyun 2016 | 11:00

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibətilə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi GTM) nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” tərəfindən silsilə tədbirlər təşkil edilmişdir. Əvvəlcə  Ağcabədi rayon,Uşaq Gənclər  Şahmat məktəbi ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin iştirakı ilə şahmat turniri təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açan Şahmat məktəbinin direktoru Cavanşir Məmmədov uşaqları təbrik edərək, qeyd etdi ki,1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Daha sonra GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova uşaqlara yarişda uğurlar arzulayaraq yaratdığı şərait üçün Şahmat məktəbinə və onun bütün kollektivinə minnətdarlığını bildirmişdir.
Turnirin yekununda qaliblərə Şahmat məktəbi tərəfindən .
Növbəti tədbir “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə təşkil eidlmişdir.Tədbirdə YAP Ağcabədi rayon təşkilatı qadınlar Şurasının üzvləri, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər İncəsənət məktəbinin ,1,2 və 8 saylı Uşaq –baxçası körpələr evlərinin uşaq və müəllim kollektivləri və valideyinlər iştirak etmişdir.
Tədbir uşaqların hazırladıqları maraqlı konsert praqramı ilə davam etmişdir.

Keçidlər