Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir.

01 iyun 2016 | 11:00

01 iyun 2016-cı ildə Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağcabədi şəhər 8 saylı Uşaq Bağçası- Körpələr Evində “Fövqəladə hallar zamanı uşaqların qorunması qaydaları” mövzusunda maarifləndirimə tədbiri təşkil etmişlər.
Azyaşlıların baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallara hazır olması, fövqəladə hadisələr baş verərkən düzgün davranışlarına həsr edilən tədbirdə FHN-nin yerli qurumlarının və Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları, müəssisənin müəllim və tərbiyəçiləri, uşaqlar və onların valideynləri iştirak etmişlər.
Mərkəz əməkdaşları “Fövqəladə hallar zamanı uşaqların qorunması qaydaları”, “Müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları”, “Elektrik cihazları və uşaqlar”,  “Nəqliyyat vasitələri və uşaqların təhlükəsizliyi” mövzularında çıxışlar etmişlər. Həmçinin iştirakçılarla yay mövsümü ilə əlaqədar istirahət zonalarında, çimərliklərdə, meşələrdə azyaşlı uşaqların təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı söhbətlər aparılmışdır. Sonda iştirakçıklara zəlzələ, yanğın, daşqın, avtomobil qəzaları və s. bu kimi təbii və texnogen mənşəli fövqəladə hadisələr mövzusunda çəkilmiş rəsm və plakatlar nümayiş etdirilmiş, mövzulara uyğun hazırlanmış materiallar müəssisəyə verilmişdir.

Keçidlər