Şriftin ölçüsü :

Saytın rəngi :

28 May 2016-ci il tarixdə Ağcabədi rayonunda 28 May Respublika Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.

28 may 2016 | 11:00

Tədbir iştirakçıları İlk öncə Heydər Əliyev adına istirahət parkında  ucaldılmış Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Tədbirdə çıxış edən  Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva bayram  münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik etdi və bildirdi ki,   qeyd etdi ki, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edildiyi tarix 72 ildən sonra Dövlət müstəqilliyinin bərpası günü-1990-cı ildən dövlət bayramı  Respublika Günü kimi qeyd olunmağa başladı.Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir və Cümhuriyyətin tarixi təcrübəsi göstərdi ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.Ulu Öndərin müdrikliyi sayəsində Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq,bunları etdi, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi,Qarşıda qalansa tək arzumuz torpaqlarımızın ərazi bütövlüyüdür ki,güclü ordumuzun və Ali baş komandanımızın sayəsində tezliklə buna nail olacağıq.
Ardınca tədbirin bədii hissəsi davam etdi. Rayon  Mədəniyyət və Turizm şöbəsinin incəsənət ustalarının oxuduqları mahnı və duetlər, şəhər incəsənət məktəbinin şagirdlərinin ifası şənlik iştirakçılarında dərin rəğbət oyatdı. Digər incəsənət ustalarının da musiqi proqramları və bənzərsiz çıxışları bayram iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılandı.
      Tədbirdə  3000 –dən artıq Ağcabədi sakini  iştirak etmişdir.

Keçidlər