Şriftin ölçüsü :

Saytın rəngi :

30 mart 2013- cü il tarixdə AMİ – nin Ağcabədi rayonu filalında ümumrayon tədbiri olmuşdur.

31 mart 2013 | 11:00

30 mart 2013 – cü il  tarixdə  saat 11:00 –da Ağcabədi  rayonu Şəhidlər Xiyabanında və Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında 31 Mart – Azərbaycanlıların Soyqırımı  Günü ilə bağlı  ümumrayon tədbiri keçirilmişdir.
    Əvvəlcə tədbir iştirakçıları  Şəhidlər Xiyabanında Qarabağ müharibəsi şəhidlərinini qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.
    Tədbir iştirakçıları erməni vəhşiliyinin qurbanı olan günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla  yad  etmişlər.
   Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq  qeyd etmişdir ki, tarix erməni şovinistlərinin zaman – zaman günahsız, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə təkrarlanır.1917-ci ildə  Rusiyada baş vermiş baş vermiş fevral və oktyabr inqilablarından sonra Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır.
   Müasir , dinamik inkişaf yolunda uğurla addımlayan dövlətimizin apardığı siyasət onun güclü  sabahından xəbər verir. .Bunun müqabilində ölkəmizdən kənarda   Ulu Öndər Heydər Əliyevin və  bu gün də  uğurla həyata keçirilən lobbiçilik siyasətinin nəticəsində  formalaşan Azərbaycan lobbisi erməni cinayətlərini dünyaya bəyan etməklə, onların murdar və maskalı üzlərini dünyaya daha yaxından tanıdırlar və  gec – tez  Azərbaycan dövləti öz haqq səsini hər bir kəsə çatdıra biləcəkdir.
    Daha sonra natiq öz fikirlərini  ” Tariximiz bizim üçün dərs olmalıdır”- söyləyən Ulu Öndər Heydər Əliyevin sözləri ilə tamamladı və hər bir gəncə tariximizi öyrənməyi, keçmişimizi bilib, onun yaxşılarını müdafiə etməyi, səhvlərimizdən isə dərs almağı tövsiyyə etdi.
    Çıxışdan sonra Humanitar Fənnlər və tədrisi metodikası kafedrasının dosenti tarix üzrə fəlsəfə elmləri doktoru Məhəmməd Hüseynov “ 31 Mart - Azərbaycan xalqına qarşı bəşəri cinayətdir” məruzəsi ilə çıxış etdi. 
    Məruzə ətrafında Ümumi fənnlər kafedrasının müdiri, pedoqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, İbtidai sinif müəllimi ixtisası üzrə 3 kurs tələbəsi Mürsəlova  Məryəm çıxış edərək, ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti  türklərə qarşı münasibətinin heç vaxt dəyişməyəcəyini acı şəkildə bizlərə göstərdi. Amma  tarix də , zaman da  heç bir ədalətsizliyi cəzasız qoymur. Təki biz unutqan olmayaq!
   Tədbirdə 200  nəfər iştirak etmişdir.

Keçidlər