Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər 6 nömrəli tam orta məktəbində mühazirə ilə çıxış ediblər

25 may 2016 | 11:00

Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ulu Öndərin siyasi irsinin öyrədilməsi və təbliği məqsədi ilə ümumrayon orta məktəblərində mühazirələr oxunur.
24 may 2016-cı il tarixdə mərkəzin bələdçisi Emin Qasımov şəhər 6 nömrəli tam orta məktəbində olaraq “Heydər Əliyev və Onun həyata keçirdiyi düzgün və məqsədyönlü daxili siyasət” mövzusunda şagirdlərə məlumat verib.
Dərs zamanı Ulu Öndərin həyat və fəaliyyətinə dair Gənc Heydərçilərə suallar ünvanlanıb və onlarla fikir mübadiləsi aparılıb. Aparılan söhbətlərdə şagirdlər fəallıq nümayiş etdiriblər və onların keçirilən mövzuları yaxşı mənimsədikləri bəlli olub.

Keçidlər