Ağcabədi rayon Seyid Mürsəl Ağa məscidi dini icması tərəfindən Ağcabədi Pedoqoji Kollecində 20.05.2016-cı il tarixdə “İslamda ailə dəyərləri” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Prezident İlham Əliyevin ölkədə dinimaarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini dahada gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü ilnoyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Mayın 20-də Ağcabədi Pedoqoji Kollecində Ağcabədi rayon “Seyid Mürsəl Ağaməscidi” dini icması tərəfindən “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə dini icmanın sədri Zeynəb Quliyeva, Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, YAP Ağcabədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova , Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları, Ağcabədi rayonu “Cümə” məscidinin axundu və şəhər dini icmasının sədri Mərdan Rzayev, Ağcabədi Pedoqoji Kollecinin müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscididini icmasının sədri Zeynəb Quliyeva İslamda ailə dəyərləri, nümunəvi ailələr mövzusunda danışıb. İcma sədri çıxışında İslamda ailə, Məhəmməd Peyğəmbərin ailəsi və Əhli-Beyt ailələri haqqında geniş məlumat verərək ,onlardan nümunələr gətirib.
Daha sonra çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev ailədə milli-mənəvi dəyərlərin təbliğindən bəhs edərək belə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Tədbirdə çıxşış edən digər natiqlər bu cür layihələrin vacibiliyinə toxunublar. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sonda tədbir çay süfrəsi ilə başa çatdırıldı.