Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhər 4 nömrəli tam orta məktəbində olublar

18 may 2016 | 11:00

Heydər Əliyevin siyasi irsinin öyrədilməsi və təbliği məqsədi ilə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən ümumrayon orta məktəblərində keçirilən dərslər davam edir.
17 may 2016-cı il tarixdə Mərkəzin bələdçisi Emin Qasımov S.Vurğun adına şəhər 4 nömrəli tam orta məktəbində olub. Dərs zamanı E.Qasımov  “Heydər Əliyev və Onun həyata keçirdiyi düzgün və məqsədyönlü daxili siyasət” mövzusunda mühazirə ilə çıxış edib. Şagirdlərə Ulu Öndərin həyat və fəaliyyətinə dair suallar verilib və  onlarla fikir mübadiləsi aparılıb. Söhbət zamanı Gənc Heydərçilər fəallıq nümayiş etdiriblər.

Keçidlər