ƏLİFBA bayramınız mübarək
Əlifba bütün elmlərin açarı və insanları elmə aparan yoldur.Elə biliklərimizin bünövrəsi də məhz əlifbadan başlanır.Ona görə də ənənəvi olaraq 1-cilər əlifbanı başa çatdıran kimi bunu xüsusi bir bayram kimi qeyd edirlər.Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb- liseyinin 1Ç sinfi də 15 may tarixində ənənəvi “Əlifba” bayramını keçiriblər. Mərasimə məktəb rəhbərliyi və valideynlər də qatılıblar. Əlifba bayramı rayonun Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində keçrilmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi.Tədbirin aparıcıları 5Ç sinif şagirdləri Məmmədov Samir və Cəfərov Nuray tədbir iştirakçılarını salamlayaraq bu gün 1-cilərin bir neçə ay ərzində qazandıqları bilik və bacarıqlarını nümayiş etdirəcəklərini qeyd etdilər.
Birincilər “Vals” sədaları altında səhnəyə daxil olublar.Bundan başqa şagirdlərin ifasında bir neçə milli və xarici rəqslər də nümayiş etdirilib. Şagirdlər vətənə, əlifbaya, müəllimə aid şeirlər söyləyiblər. Həmçinin,onların ifasında nümayiş olunan rəngarəng səhnəciklər,yaratdıqları nağıl qəhramanları valideyn və qonaqlarda xoş təəssüratlar yaradıb.Şagirdlərin yaratdığı maraqlı səhnəciklər – “Müasirləşmiş turpun nağılı” , “Tənbəl şagirdlər” , “Tənbəl oğlan” tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Aparıcılar bir neçə gün öncə Ümummilli Liderimiz Heydər Əliyevin 93-cü ildönümünün keçirilidiyini qeyd edərək onun elmə və təhsilə göstərdiyi diqqət və qayğıdan danışdılar.Ulu öndər haqqında şeirlər söyləmək üçün şagirdlərdən bir neçəsi səhnəyə dəvət olundu.
Şagirdlər eyni zamanda simvolik olaraq “Əlifba” sözünü yaradan hərflərə və “0” – dan “10”-a qədər olan rəqəmlərə aid şeirlər söylədilər.
1-cilər tərəfindən hazırlanmış və valideynlər tərəfindən ayaq üstə alqışlanan səhnəciklərdən biri də onların “Əsgər marşı” sədaları altında əllərində bayraq və əsgər formasında səhnəyə daxil olmaları idi.Bu zaman şagirdlərin məğrur duruşları və üzlərindəki ifadələr onların vətənə olan sevgisindən və məhbbətindən xəbər verirdi.
Tədbirin sonunda çıxış üçün söz 1Ç-nin sinif rəhbəri İlhamə müəlliməyə verildi: ” Şagirdlər ilk dəfə sinif otağına daxil olanda,kimisi ağlayır,kimisi qorxur,kimisi də evlərinə getmək istəyirdi.Amma bu gün şagirdlər bir neçə ay ərzində öyrəndikləri bilik və bacarıqlarını yaşlarına uyğun olaraq çox möhtəşəm şəkildə nümayiş etdirdilər.Bəlkədə biz özümüzdə bilmədən bu gün bu səhnədə Üzeyirləri,Dilbaziləri dinlədik.Tədbirə gələn bütün valideynlərə təşəkkür edirəm və arzu edirəm ki,bu uşaqların hər biri dərslərini yaxşı oxusun və səsləri daima uca zirvələrdən gəlsin”.
Daha sonra çıxış üçün söz direktor Tofiq Zeynalova verildi:
” İlk öncə hər kəsi salamlayıram.Bu gün şagirdlər öyrəndikləri bilik və bacarıqlarının qələbəsini bayram edir.Mən bu münasibətlə onları təbrik edirəm.Hər şeyin başlanğıcı çətin olur və şagirdlər bu çətin başlanğıcın öhdəsindən uğurla gəliblər.Hər bir uğurun təməli olur.Bu təməl möhkəm olarsa uğur onun üzərində inkişaf edib, daha da böyüyərək insanı zirvələrə ucaldır.Mən bu gün təşkil olunmuş bu tədbirin hazırlanmasında başda İlhamə müəllimə olmaqla əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”
Valideynlərdən də bir neçəsi çıxış edərək deyilən bütün təbriklərə qoşulduqlarını və bütün şagirdlərə uğurlar arzuladıqlarını bildirdilər.
Bu möhtəşəm Əlifba bayramının ərsəyə gəlməsi 1Ç – nin sinif rəhbəri İlhamə müəllimənin əməyi nəticəsində olmuşdur.İlhamə Məmmədova 21 ildir ki,pedoqoji fəaliyyətlə məşğuldur.O,bildirdi ki,bu onun üçüncü buraxılış sinfidir. Şənlikdə ifa olunan bütün rəqslər in qurluşunu Ağcabədi rayon Ü.Hacıbəyli adına şəhər uşaq incəsənət məktəbinin rəqs müəlliməsi Nərgiz Babayeva tərəfindən hazırlanmışdır. Birincilərin sevincinə,sevinc qatan anlardan biri də Gənclər Mərkəzində birincilərin şən istirahəti və çay süfrəsində daha da yadda qalan edib.
Mətni qələmə aldı: Şəmsi Əlyaroğlu
Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi rayonu