Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsində Ağcabədi rayon Qadınlarının konfransı keçirilmişdir.
28 mart 2013 – cü il tarixdə saat 10:30 –da Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə və Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsində Ağcabədi rayon Qadınlarının konfransı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analatik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova və Respublika Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva iştirak etmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsinin yad etdilər.
Konfransda giriş sözü ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə konfrans iştirakçılarını salamladı və onlara 2013- ci ildə ölkənin ictimai – siyasi həyatında fəaliyyətlərində uğurlar arzuladı. Rayon rəhbəri qeyd etdi ki, hər zaman Ağcabədi ictimaiyyəti qadınların,ziyalının fikirlərini dəstəkləmiş və ona hörmətlə yanaşmışdır.
Rayon rəhbəri bildirdi ki, cənab Prezidentimiz İlham Əliyev cənablarının apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən lider ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın regionlarında aparılan – abadlıq quruculuq işləri iqtisadi inkişafın, sosial rifahın ən yaxşı göstəricisidir.
Ağcabədi şəhərində görülən, aparılan yenidənqurma işləri rayonumuzu hər zaman dəyişilən, inkişaf edən ölkəmizin göz oxşayan regionlarından birinə çevirmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov yekunda rayonun ictimai - siyasi həyatında fəallığı ilə seçilən qadınlara can sağlığı və yorulmaz fəaliyyətlər arzulamışdır.
Konfransda dövlət qadın siyasətinin həyata keçirilməsi barədə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Leyla Əsgərova ilk öncə tədbir iştirakçıların salamladı və rayon qadınları tərəfindən həyata keçirilən və görülən işlər haqqında ətraflı məlumat verdi.
Yekunda Rayon İcra Hakimiyyəti başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Leyla Əsgərova qeyd etdi ki, 2013 – cü il Prezident seçkilərində bizi məsuliyyətli bir sınaq ili gözləyir. Sizi əmin edirik ki, bundan sonra da üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik və hər zaman rayon qadınları ictimai işləridə öz fəaliyyətlərini əməlləri ilə doğruldacaqdır.
Daha sonra məruzə ətrafında Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva, YAP Qadınlar şurasının sədri Naibə Mustafayeva, şəhər 11 saylı tam orta məktəbin direktor müavini Ülkər Balakişiyeva, Təzəkənd bələdiyyəsinin sədri Kamilə Qasımova və şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova çıxış edərək, qadınların cəmiyyətdə fəaliyyətinin artırılması, inkişaf etdirilməsinin dövlətin apardığı siyasətin ən vacib məsələlərindən biri olduğunu vurğuladılar.
Konfransın sonunda Ağcabədi rayon Qadınlarından Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələr seçildi.
Tədbirdə 155 nəfər iştirak etmişdir.