Ağcabədi rayonunda 9 May Faşizm üzərində Qələbə Günü qeyd olunub.
9 may 2016-cı il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayonunda 9 May-Faşizm üzərində Qələbə Günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı cənab Şahin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi Yalçın Sadıqlı və Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa İkinci Dünya müharibəsi illərində həm ön cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmiş Ağcabədi sakinləri ilə görüşərək , çay süfrəsi arxasında söhbət edilmiş, Şahin Məmmədov gündən-günə möhkəmlənən ordumuzun müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcəyinə, işğal altında olan torpaqlarımızın tez bir zamanda erməni tapdağından azad ediləcəyinə böyük inam olduğunu vurğulamışdır. Görüş müharibə iştirakçılarında xoş ovqat yaratmışdır.