Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə təşkil olunan imtahanda 711 nəfər abituriyent iştirak edib

16 may 2016 | 11:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan respublikanın 11 şəhərində ümumilikdə 27 binada təşkil olunub.
Ağcabədi şəhər 3 nömrəli məktəb-liseydə keçirilən imtahanda 711 nəfər abituriyent iştirak edib.
Saat 11.00-da başlanan imtahanlar 3 saat müddətində aparılıb. İmtahanları 6 rəhbər və 70 nəfər zal nəzarətçisi idarə edib. Qəbul imtahanı nəzərdə tutulan vaxtda başlayıb və heç bir qayda pozuntusu olmadan uğurla başa çatıb.
Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Keçidlər