Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə Veteranı Qadınlarına Sosial Dəstək İctimai Birliyi Ağcabədi rayonunda tədbir keçirmişdir.

12 may 2016 | 11:00

Müharibə Veteranı Qadınlarına Sosial Dəstək İctimai Birliyi Ağcabədi rayonunda Qarabağ həqiqətlərinin təbliği və gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində tədbir keçiririb. Tədbir Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Azərbaycan tarixinin, Qarabağ həqiqətlərinin təbliği üçün ölkə daxilində və xaricində tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Ağcabədi şəhər  inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iclas zalında baş tutub.
    Azərbaycanın dövlət himninin səslənməsi ilə start götürən mərasimdə çıxış edən, “Müharibə Veteranı Qadınlarına Sosial Dəstək” İctimai Birliyinin sədri Radə Abbas tədbirin əsas məhiyyətindən danışaraq bildirib ki: “Layihənin əsas mahiyyəti Azərbaycan tarixinin, Qarabağ həqiqətlərinin, erməni vandalları tərəfindən mədəniyyətimizin, musiqimizin, bəşəriyyətə məxsus tarixi abidələrimizin, təhsil və mədəniyyət ocaqlarının məhv edilməsinin dünyaya çatdırılmasında Azərbaycan hökümətinə dəstəyin artırılmasından ibarətdir.”

Keçidlər