Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhər 11 saylı tam orta məktəbdə olublar

11 may 2016 | 11:00

Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Heydər Əliyevin siyasi irsinin öyrədilməsi və təbliği məqsədi ilə ümumrayon orta məktəblərində mühazirələr oxunur.
11 may 2016-cı il tarixdə Mərkəzin baş fond mühafizi Leyla Səfərova M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbdə Gənc Heydərçilərə “Milli Qurtuluş Günü” mövzusunda məlumat verib.
Heydər Əliyevin siyasi irsinin öyrədilməsi və təbliği üçün ayrılmış sinif otağında keçirilən dərs zamanı Ulu Öndərin həyat və fəaliyyətinə dair Gənc Heydərçilərə suallar ünvanlanıb və fikir mübadiləsi aparılıb. Ümumi söhbət zamanı şagirdlərin fəallığı, bu mövzuda keçirilmiş dərsləri yaxşı mənimsədiyi bəlli olub.

Keçidlər