Xocavənd kənd ümumi orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
11 may 2016 | 11:00
11 may 2016-cı il tarixdə Xocavənd kənd 3 nömrəli ümumi orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzində oldular.
Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər-çiçək dəstələri qoymuş, onun əziz xatirəsini yad etmişlər.
Daha sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlər foyedə Dahi Liderimizə həsr olunmuş kitabların sərgisi ilə, Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə o cümlədən “Ən gözəl gül” adlı əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Ekspozisiya zalında şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.