Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı münasibəti ilə tədbir olmuşdur.

29 mart 2013 | 11:00

28 mart 2013 – cü il  tarixdə  saat 10:00 –da Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə və Rayon İcra Hakimiyyətinin iclas zalında  Milli Təhlükəsizlik orqanlarının əməkdaşlarının  peşə bayramı münasibəti ilə tədbir olmuşdur.
   Tədbirin 1 – ci hissəsi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önündə olmuşdur. Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsinin yad etdilər.
    Daha sonra tədbir  Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbirdə iştirak edən  Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək  ilk öncə tədbir iştirakçılarını salamladı və Milli Təhlükəsizlik orqanlarının əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək bildirmişdir ki, milli təhlükəsizlik orqanlarının Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu  vardır. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ulu Öndər  Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra da  xalqın maraqlarının və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olmuşdur. Rayon rəhbəri qeyd etmişdir ki, Azər¬baycan indi sürətlə dəyişən və qüdrətlənən bir dövlətdir. Ölkəmizin dinamik iqtisadi inkişafının təməlində düzgün strategiya, düşünülmüş və tarazlı siyasət, çevik idarəçilik, Azərbaycanın təhlükəsiz və etibarlı tərəfdaş dövlət kimi tanınması dayanır. Başlanan inkişaf Milli Təhlükəsizlik orqanlarının apardığı  və həyata keçirdiyi işlərdə aydın hiss olunur. Nail olu¬nmuş inkişaf və əldə edilmiş uğurlar, ölkə rəhbərinin milli təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi diqqət və qay¬ğının bariz nəticəsi¬dir. 
    Tədbirdə 45 nəfər  iştirak etmişdir.

Keçidlər