Prezident Adminstrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev Heydər Əliyev Mərkəzini ziyarət edib
2 may 2016-cı il tarixdə Prezident Adminstrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov və Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ağcabədi RİHB-nın müavini Naibə Mustafayeva ilə birlikdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Öncə Mərkəzin ekspozisiya zalı ilə tanış olan qonaqlara Mərkəzin direktoru Məhsəti Musa tərəfindən Mərkəz haqqında ətraflı məlumat verilmişdir.
Daha sonra qonaqlar Mərkəzdə fəaliyyət göstərən dərnəklərin şagirdlərinin əl işlərindən ibarət sərgi tanış olmuşlar.
Sonda qonaqlarla birlikdə xatirə fotosu cəkilmişdir.