Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhər 8 saylı tam orta məktəbdə olublar
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Heydər Əliyevin siyasi irsinin öyrədilməsi və təbliği məqsədi ilə ümumrayon orta məktəblərində mühazirələr oxunur.
10 may 2016-cı il tarixdə Mərkəzin bələdçisi Emin Qasımov C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbdə Gənc Heydərçilərə “Heydər Əliyev və Onun həyata keçirdiyi düzgün və məqsədyönlü daxili siyasət” mövzusunda məlumat verib. Əvvəlcə Ümumilli Liderin 93-cü ildönümü ilə əlaqədar onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin həyat və fəaliyyətinə dair Gənc Heydərçilərə suallar ünvanlanıb və fikir mübadiləsi aparılıb. Şagirdlər dərs zamanı fəallıq nümayiş etdiriblər.