Heydər Əliyev Mərkəzində “Ən gözəl gül” adlı sərgi müsabiqə keçirilib
Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 93 illiyi ilə bağlı silsilə tədbirlər davam edir.
07 may 2016-cı il tarixdə daha bir sərgi müsabiqə keçirildi. Açıq havada keçirilən “Ən gözəl gül” adlı müsabiqədə müxtəlif əl işləri rəsm əsərləri, toxunma güllər, lentlər, daşlar, balıqqulağı, şüşə və digər qarışıq materiallardan hazırlanmış gül kompozisiyaları yer almışdır. Münsiflər heyətinin seçimi ilə Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin şagirdi Ədilov Şamil Nadir oğlu (l yer), Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin müəllimi Nuridə Həsənova (ll yer), 9 saylı orta məktəbin X sinif şagirdi Arzu Əhmədli (ll yer), şəhər sakini Orxan İsayev (lll yer) qalib elan olundular. Bundan əlavə Ayna Quliyeva, İlahə Osmanova, Ayşən İsmayılova, Nuriyyə Mamedova, Turan İsayev, Aydan İsmayılova, Gülşən Ağayeva həvəsləndirici yerə layiq görüldülər. Qaliblər diplom və hədiyyələrlə təltif olundular.