Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Xocavənd kəndində mavi yanacağın verilməsi ilə əlaqədar açılış olmuşdur.

20 mart 2013 | 11:00

19 mart 2013 – cü il  tarixdə  saat 11:00 –da Ağcabədi rayonu Xocavənd  kəndində mexaniki sayğac quraşdırılmış 730 abonentə mavi yanacağın verilməsi ilə əlaqədar açılış olmuşdur.
   Açılış mərasimində Azəriqaz İstehsalat Birliyinin İctimai Əlaqələr şöbəsinin rəisi Araz Ağayev, Azəriqaz Tikinti Departamentinin rəis müavini Fuad Şükürov iştirak etmişdir.
    Tədbiri Ağcabədi Qaz İstismarı Sahəsinin rəisi İkram  Məhərrəmov  açmış və qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır.
Bu diqqət və qayğının  bariz nümunəsidir ki, bu gün Xocavənd  kəndinə təbii qazın verilməsi təmin olunmuşdur.  Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. Bizim üçün yaradılan bütün imkanlar üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova minnətdarlığımızı bildiririk.
    Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bildirmişdir ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərinin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.
   Rayon rəhbəri qeyd etdi ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdən biridir.
   Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diddət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.
    Tədbirdə Xocavənd  kəndinin ağsaqqalları və ziyalıları, qonaqlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
    Tədbirdə  750 nəfər iştirak etmişdir.

Keçidlər