Ağcabədidə rəqs müsabiqəsi keçirilmişdir.
Ağcabədi Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə rəqs müsabiqəsi keçirilmişdir.
Müsabiqəni YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov açıq elan edərək iştirakçılara müsabiqənin şərləri barədə məlumat verdi.
Müsabiqədə rayonun məktəbəqədər tərbiyə müəssisələrinin, orta məktəb, Musiqi və İncəsənət məktəblərinin şagirdləri iştirak etmişlər.
Al-əlvan geyimlər geyinmiş, bir-birindən gözəl rəqslər ifa edən rəqqasələr arasından qalibləri seçmək münsiflər heyəti üçün heç də asan olmamışdır.
Gərgin keçən mübarizədən sonra münsiflər heyətinin yekdil qərarı ilə Ağcabədi şəhər 8 saylı uşaq baxçası-körpələr evinin rəqs qrupunun balaca rəqqasələri I yer, Ağcabədi şəhər 5 saylı uşaq baxçası II yer, və Ağcabədi şəhər 1 saylı uşaq baxçasının rəqs qrupu III yeri tutmuşlar.
Orta məktəb şagirlərinin rəqsləri daha dolğun və rəngarəng olmuşdur. Uşaqlar Azərbaycan, Hind, Özbək, Türkmən, İspan rəqslərini həmin xalqların öz milli geyimlərində məharətlə ifa etdilər.
I yeri Ağcabədi şəhər 1 saylı tam orta məktəb, II yeri Ağcabədi şəhər 5 saylı tam orta məktəb və III yeri Ağcabədi şəhər 3 saylı məktəb liseyin şagirdləri qazanmışlar.
Musiqi məktəbləri şagirdlərinin müsabiqəsində I yeri Ağcabədi şəhəri Üzeyir Hacıbəyov adına İncəsənət məktəbinin şagirdləri tutmuşlar.
Qaliblər Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş təntənəli yığıncaqda Fəxri Fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.