Ağcabədidə silsilə tədbirlər davam edir.
Xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı silsilə tədbirlər keçirməkdədir. Aprel ayının 22-də YAP Ağcabədi rayon təşkilatının konfrans zalında rayon məktəbliləri arasında “Dünyanın özü qədər əbədi” adlı işna müsabiqəsi keçirilmişdir. Müsabiqədə Ağcabədi şəhərinin və kənd məktəblilərinin şagirləri iştirak etmişlər.
Şagirdlərin yazı işləri yaradılmış münsiflər heyəti tərəfindən yoxlanaraq qaliblər müəyyən ediləcək. Qaliblər Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü münasibətilə keçirilən digər müsabiqə və yarışların qalibləri ilə birlikdə may ayının 10-da keçiriləcək ümumrayon tədbirində Fəxri-Fərmanlar və hədiyyələrlə mükafatlan-dırılacaqlar.