Aprelin 28-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cəbhəyanı kəndlərdə olub.
28 aprel 2016 | 11:00
Aprelin 28-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cəbhəyanı kəndlərdə olub.Nazir əvvəlcə Ermənistan silahlı birləşmələrinin artilleriya zərbələri nəticəsində Ağcabədi rayonunun Qaraxanlı kəndindəki yanan evə baxış keçirib. Məlumat verilib ki, aprelin 27-dən 28-nə keçən gecə düşmənin atəşi nəticəsində Ağcabədi rayonunda 1 ev yanıb, 2 evə, 1 yardımçı tikiliyə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan dəyib.