Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilmişdir.

19 mart 2013 | 11:00

18 mart 2013 – cü il  tarixdə  saat 10:00 –da Novruz bayramı münasibəti ilə Ağcabədi  şəhəri Mərkəzi Stadionunda  ümumrayon tədbiri keçirilmişdir.
   Tədbirdə  Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbasın  iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları, kənd İcra nümayəndəlikləri, bələdiyyələr,  ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və hərbiçilərdən ibarət 8000  nəfər   rayon sakini  iştirak etmişdir.
    Ilk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin binası  qarşısında ucaldılmış  Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edərək, abidə  önünə tər qərənfillər düzərək, Onun əziz xatirəsini yad etdilər.
   Daha sonra bayram şənliyinə Rayon Mərkəzi Stadionunda davam etdirilmişdir.
   Tədbiri Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov açaraq rayon əhalisini xalqımızın çoxəsirlik tarixi ənənələrini özündə birləşdirən Milli Bayramımız olan – Novruz bayramı münasibəti ilə təbrik etmiş və onlara can sağlığı, xoşbəxtlik və süfrələrinə bol ruzi, bərəkət arzulamışdır.
    RİH-nin başçısı Şahin Məmmədov çıxışında onu da qeyd etmişdir ki,  Novruz bayramı arzuların, niyyətlərin həyata keçməsi  bayramıdır. İnanıram  ki, yaxın günlərdə cənab prezidentimiz İlham Əliyev cənablarının  apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edəcəyik  və bütün müxtəlif regionlarda məskunlaşan qaçqın və məcburi köçkünlər öz yurd – yuvalarına qayıdıb, gələn il  qeyd edəcəyimiz Novruz bayramını öz ev- eşiklərində, süfrə başında şadlıqla və gülərüzlüklə qeyd edəcəklər.
  Çıxışının sonunda RİH-nin başçısı Şahin Məmmədov bir daha hər kəsi Novruz bayramı münasibətilə təbrik etmiş və hər kəsə bahar sevinci və təravəti arzulamışdır.
    Tədbirdə Novruz bayramı münasibəti ilə gül müsabiqəsi, asfalt üzərində rəsm müsabiqəsi, əl işləri müsabiqəsi keçirilmişdir. Qaliblər, eləcə də 2012-ci il də respublika və beynəlxalq yarışlarda, müsabiqə və turnirlərdə naliyyətlər qazanmış idmançılar, mədəniyyət işçiləri və təhsildə uğur qazanmış gənclər  Rayon İcra Hakimiyyətinin Başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
    Rayon Mədəniyyət və Turizm şöbəsinin, Ü.Hacıbəyli adına Şəhər  İncəsənət məktəbinin kollektivinin  birlikdə hazırladıqları şən və rəngarəng bayram proqramı tamaşaçılar tərəfindən  böyük sevinc və bayram əhval ruhiyyəsi ilə qarşılandı.
    Tədbirdə tonqallar alovlanmış, milli adət və ənənələr yad edilmiş, meydana faytonda Novruz bayramının ənənəvi  rəmzləri olan Bahar qızı, əlində od tutmuş Dədə Qorqud və  ətrafında  keçəl, kosa ilə birlikdə daxil olaraq insanlara xoş bahar arzuları  çatdıran  çıxışları bayram şənliyinə coşğun bir  abu – hava  gətirmişdir.
  . Gənc idmançiların nümunəvi çıxışları da həmçinin maraqla qarşılanmışdir.
   Tədbirin sonunda milli atçılıq oyun növü olan “Çövkən” oyunu nümayiş olunmuş və oyunun sonunda qalib olan komandaya kubok və hədiyyələr verilmişdir.
    Tədbir axşam saatlarına qədər davam etmişdir.

Keçidlər