Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılıqla bağlı müşavirə

29 aprel 2016 | 11:00

28 aprel 2016-ci il tarixdə saat 10:00-da Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın və baramaçılığın inkişafına dair tapşırıqları, bununla bağlı Prezident Administrasiyasında keçirilmiş müşavirələrdə verilmiş tövsiyələrin yerlərdə icra vəziyyətinin öyrənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezident Administrasiyası Aqraq məsələlər şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərliyi ilə RİH başçısı Şahin Məmmədovun,Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyevin, Kənd Təsərrüfatı nazirinin müavini SeyfəddinTalıbovun, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun,  Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin, “MKT istehsalat Kommersiya” MMC sədri Bəhruz Camalovun iştirakı ilə Şura iclası  keçirildi. Şura iclası diskusiya formasında keçirildi. Ayrı ayrı fermerlər və iş adamları pambıqçılığın inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması istiqamətinə görüləcək işlərdən söhbət açdılar. Onların fikirləri, təklifləri, problemləri dinlənildikdən sonra qarşıya çıxan suallara aidiyyəti qurumlar, aydınlıq gətirdilər.Bundan sonra rayonda fəaliyyət göstərən kənd təsərrüfatı istehsalı müəssisələrinə, gübrə və taxil anbarlarına, pambıq əkiləcək torpaq sahələrinə baxış keçirildi. Əkilən yerlərin əkinə yararlı olduğu müəyyənləşdirildi.
İclasdan sonra yenidən RİH-də işçi qpunun üzvləri arasında fikir mübadiləsi aparıldı. Qarşıya çıxan çətinliklərin həlli yolları araşdırıldı.

Keçidlər