Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər sırasında 27 aprel 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir. “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfransı giriş sözü ilə açan Mərkəzin direktoru Məhsəti Musa tədbir iştirakçılarını salamladı.
İlk olaraq konfransda 6 aprel 2016-cı il tarixdə Mərkəzdə keçirilən “Sənə güvənirik, Azərbaycan əsgəri” adlı rəsm müsabiqəsinin qaliblərindən biri olan Üzeyir Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbinin şagirdi Nadir Əbilov, həmçinin 25 aprel 2016-cı il tarixdə keçirilən “Musiqi alətlərində ifa bacarığı” adlı müsabiqədə şairdlərinin uğurlu ifalarına görə Ü.Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbi diplom və hədiyyələrlə təltif edildi.
Sonra konfrans Mərkəzin əməkdaşı Leyla Səfərovanın “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” adlı məruzəsi ilə davam etdi.
Konfransda Ağcabədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİHB-nın müavini Naibə Mustafayeva, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin üzvü Vüsalə Məmmədova, şəhər 1 №-li tam orta məktəbin şagirdi Fidan Əsədova, Ş.Hüseynov adına şəhər 2 №-li tam orta məktəbin şagirdi Aysun Əlizadə çıxış edərək Ulu Öndərin gənclər siyasətindən, gənclərə xüsusi qayğısından danışdılar.
Konfrans öz işini başa vurduqdan sonra iştirakçılar ilə birlikdə xatirə fotosu çəkildi.