Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində musiqi müsabiqəsi keçirilib

25 aprel 2016 | 11:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə  Heydər Əliyev Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilir, müsabiqələr təşkil olunur.
25 aprel 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində növbəti müsabiqə keçirildi. Şəhər və kənd musiqi məktəblərinin şagirdlərinin iştirak etdiyi “Musiqi alətlərində ifa bacarığı” adlı müsabiqəni giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa qonaqları salamlayaraq iştirakçılara uğurlar arzu etdi. Daha sonra Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olundu.
Tar, kamança, nağara, saz, piano, qarmon kimi musiqi alətlərində öz ifaçılıq bacarıqlarını nümayiş etdirən şagirdlər münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Qaliblər 27 aprel 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində keçiriləcək “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfransda təltif ediləcəkdirlər.

Keçidlər