Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

22 aprel 2016 | 11:00

“Vətənin müdafiəsinə hazıram!”
TədbirdəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir.

22 aprel 2016-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov rayon İcra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak ediblər.

Əvvəlcə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva qonaqları salamlayıb tədbirin mahiyyətini açıqladıqdan sonra tədbiri aparmaq üçün tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı hər bir vətənpərvərin sevimlisi Şəmistan Əlizamanlını səhnəyə dəvət etdi
  Tədbirdə Azərbaycanın dövlət himni səsləndirildi.

   Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov son günlər cəbhədə baş verən hadisələrdən və gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışdı və qeyd etdi ki, xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək lideri ilə bir olduğunu dünyaya nümayiş etdirdi.

     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov Azərbaycan Ordusunun təmas xəttində təxribat törətməyə cəhd edən düşmənə layiqli cavab verdiyini bildirdi.

Sonra şəhid ailələri, "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə" mükafatı ilə təltif ediliblər. veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıb.

Sonda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış etdi.

Keçidlər