Ağcabədi rayonunda yeni tikilmiş körpünün açılışı olmuşdur.
20.04.2016-cı il tarixdə saat 10:30–da, 2004-2016-cı il tarixdə Dövlət proqramının icrası ilə əlaqədar Hüsülü–Kürdlər–Şərəfxanlı–Mirzəhaqverdili avtomobil yolunun Şahsevən Təzəkənd kəndindən Minəxorlu kəndinə keçən hissəsində Qarqar çayı üzərində tikilən uzunluğu 72 km,eni 9 m,100 t ağırlığında yük götürən körpünün açılış mərasimi keçirildi.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov,müavinlər,hüquq-mühafizə orqanlarının rəhbərləri ,Millət vəkili Tahir Rzayev və kənd əhalisi iştirak etmişdir.Eyni zamanda Azəravtoyol ASC-nin İstismar idarəsinin rəisi Əflatun Qasımovun və Piramida şirkətinin rəhbəri İlham
İsmayılov Iştirak etmişdir.
Tədbiri açıq elan edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda aparılan abadlıq – quruculuq işləri daha da sürətlənmiş, yeni iş yerləri açılmış, sahibkarlıq fəaliyyəti genişlənmişdir.Onu da qeyd etmişdir ki,son illər ərzində Azərbaycanda onlarla, bəlkə də yüzdən çox körpü tikilmişdir. Körpü tikmək çox gözəl bir işdir. Körpü həyat verir, rahatlıq verir. Körpü inkişaf deməkdir. Son illərdə müxtəlif yerlərdə, hər bir bölgədə körpülər, yollar, tunellər tikilibdir. Bu körpüdən on minlərlə insan istifadə edəcəkdir. bu körpü 17 kəndin 23 min əhalisinə xidmət edəcəkdir. Körpünün tikintisi doğrudan da çox vacib idi.
Çıxış edən digər natiqlər də göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.