Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2016-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

14 aprel 2016 | 11:00

14 aprel 2016-cı il tarixdə saat 15:00 -da Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət evində  2016-ci ilin birinci rübünün  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk  təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati  ərazi  dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,məktəb direktorları,uşaq bağçalarının müdirləri, sahibkarlar, fermerlər, veteranlar, gənclər və qeyri – hökümət təşkilatının nümayəndələri iştirak etmişdir.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda aparılan abadlıq – quruculuq işləri daha da sürətlənmiş, yeni iş yerləri açılmış, sahibkarlıq fəaliyyəti genişlənmişdir.
Dövlət proqramının icrası ilə əlaqədar Hüsülü–Kürdlər–Şərəfxanlı–Mirzəhaqverdili avtomobil yolunun Şahsevən Təzəkənd kəndindən Minəxorlu kəndinə keçən hissəsində
Qarqar çayı üzərində körpü tikilərək istifadəyə verilmiş, Sarvanlar kəndindən Bala Kəhrizli kəndinə keçən hissəsindəki körpü əsaslı təmir edilmişdir.
15 fevral 2016-cı ildə Təzəkənd kəndində 623 abonent, 15 mart 2016-cı ildə Bala Kəhrizli kəndində 316 abonent təbii qazla təmin edilmişdir.
Hazırda üçmərtəbəli otel binasının, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər idarəsinin Ağcabədi Xidmət Mərkəzinin inzibati binasının, Olimpiya İdman Kompleksinin və Bayraq muzeyinin tikintisi işləri aparılır. Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək və un məmulatları zavodunun tikintisində son tamamlama işləri aparılır. Ağcabədi şəhər 6 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılır. Hindarx qəsəbəsində şəhidlərin xatirəsinə abidə kompleksi tikilmiş, ərazidə abadlıq quruculuq işləri görülmüşdür.
Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun başlanğıcında tağvari giriş qapısının tikintisi başa çatmaq üzrədir.
Natiq çıxışının sonunda qeyd etmişdir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 9 aprel 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn  tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik ,uğurlu gələcəyə doğru inamla addımlayacayıq.
Hesabat iclasının yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçılarının müraciəti oxunmuşdur.

Keçidlər