Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “ Novruz “ bayramı münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası keçirilmişdir.

18 mart 2013 | 11:00

17 mart 2013 – cü il  tarixdə  Ağcabədi  rayonunda  “Novruz “ bayramı münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası  keçirilmişdir.Yarmarka səhər saat 08: 00 –dan  günorta saat 14:00 –a  kimi davam etmişdir.
    Yarmarkaya bütün rayon əhalisinin cəlb edilməsi üçün elanlar və təbliğat işləri aparılmışdır. Bununla yanaşı, yarmarkada satış qiyməti 20-25 % endirilməklə 6 tondan yuxarı ət məhsulları, müxtəlif növ kənd təsərrüfatı və ərzaq məhsulları rayon əhalisinə bazar qiymətindən 20- 25 % endirimlə satılmışdır.
    Yarmarkada  Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov  da iştirak etmişdir.    
     Rayon əhalisi bu bayram günündə onlar üçün təşkil olunan bu yarmarkaya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər ki, əziz Novruz bayramı günündə bütün lazım olan  kənd təsərrüfatı və ərzaq məhsullarını bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib, bayram süfrələrini daha da zənginləşdirəcəklər.
    Yarmarkada 10 min nəfərdən artıq  rayon əhalisi   iştirak etmişdir .

Keçidlər