Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədililər petisiya üçün səsvermə prosesində fəal iştirak edirlər

13 aprel 2016 | 11:00

09.04.2016-cı il tarixdə Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət evində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı tədbir keçirilib.
     Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının  birinci müavini Rövşən Əhmədov , Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva,YAP rayon təşkilatının Gənclər Birliyi, rayonun Gənclər və idman idarəsinin əməkdaşları, rayonun ziyalıları, təhsil, səhiyyə və mədəniyyət işçiləri,13 yaşdan yuxarı yeniyetmələr, rayon gəncləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
    Tədbiri giriş sözü ilə açan Rövşən Əhmədov  Azərbaycan Silahlı Qüvvələrinin son günlər cəbhə xəttində ermənilərin təxribatlarına layiqli cavab verdiyini , Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarını azad etməkdən əl çəkməyəcəyini və torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü olduğunu bildirdi. Bir neçə gün davam edən bu döyüşlər, Seyidsulan kəndini, Lələtəpəni və Talış kəndi yaxınlığındakı yüksəklikləri geri almağımız çox böyük uğurumuzdur. Bütün bunlar danışıqlar prosesində bizim mövqelərimizi gücləndirir. Bu, həmçinin beynəlxalq təşkilatların bu torpaqların işğalını unutdurmaq cəhdlərinin qarşısına sədd çəkərək məsələyə diqqəti daha da artırdı. Üstəlik, bu uğurlar danışıqlar prosesinin sürətləndirilməsinə yeni impuls verib”. Artıq bütün dünya bilir ki, Azərbaycanın səbri tükənib və bizə qarşı olan bu ədalətsizliyə dözmür. Biz mübarizəni davam etdirməliyik, ideoloji mübarizəmizi gücləndirməliyik. Beynəlxalq təşkilatların bizə qarşı olan ögey münasibətini bütün dünyaya bəyan etməliyik.
    Daha sonra çıxış edən Naibə Mustafayeva bildirib ki,Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı Obama Administrasiyasına müraciət edib. AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə ünvanlanan və Ağ Ev Administrasiyasının internet resursunda açılan petisiya layihəsinin icrasına aprelin 6-dan start verilib. Petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.
   Tədbirdə, İnformasiya təminatı və təhlil sektorunun müdiri Xətai Zeynalov tədbir iştirakçılarına səs vermənin qaydalarını izah etdi.
    Yekunda tədbir iştirakçılarına məlumatlandırıcı proşuralar paylanıldı.

Keçidlər