Ağcabədidə Uşaq hüquqları ilə bağlı icra edilən layihənin müzakirəsi keçirilmişdir.
12 aprel 2016-cı il tarixində Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı ofisi, Avropa İttifaqı, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai birliyinin birgə reallaşdırdığı “Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsi çərçivəsində görüş keçirilmişdir.
2015-ci ilin dekabr ayından fəaliyyətə başlayan layihə çərçivəsində 5 regionda Ağcabədi,Mingəçevir,Qəbələ,Gəncə və Şirvanda Uşaq hüquqları klinikası fəaliyyət göstərir və layihənin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.
Görüş zamanı layihə çərçivəsində görülmüş işlərin müzakirəsi məqsədilə yerli icra qurumları,Təhsil müəssisələrinin rəhbərləri,yerli Polis şöbəsinin əməkdaşları, Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın üzvləri və İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə 4 ay ərzində layihə çərçivəsində görülmüş işlər,edilən müraciətlərin kefiyyətini artırılması məqsədilə əməkdaşlıq əlaqələri müzakirə edilmişdir.Yekunda İcra hakimiyyətinin məsul əməkdaşı Vüsalə Məmmədova,layihə koordinatoru Radə Telmanqızı və layihənin hüquqşünası Rəşad Abbasov verilən sualları cavablandırdı.