Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “İslamda ailə dəyərləri” adlı layihə çərçivəsində ilk tədbir keçirilmişdir.

11 aprel 2016 | 11:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icması 11.04.2016-cı il tarixdə Ağcabədi rayonu Təhsil şöbəsində “İslamda ailə dəyərləri” adlı layihə çərçivəsində ilk tədbirini keçirmişdir.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Vüqar Hümmətov, Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Ağcabədi RİH-nin İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon "Cümə" məscidinin axundu Mərdan Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları, icma üzvləri, dindarlar və ziyalılardan ibarət 70 nəfər iştirak etmişdir.Tədbirin əvvəlində son günlər Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icmasının sədri Zeynəb Quliyeva bildirdi ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin Sərəncamına əsasən, dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub. O, öz çıxışında İslamda ailə dəyərləri haqqında, nümunəvi ailələr haqqında məlumatlar verdikdən sonra sözü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Vüqar Hümmətova verdi. O, İslamda ailə, Muhəmməd Peyğəmbərin(s.a.s) ailəsi və Əhli-Beyt ailələrindən geniş məruzə ilə çıxış etdi.Məruzə ətrafında Ağcabədi rayon "Cümə" məscidinin axundu Rzayev Mərdan çıxış edərək nümunə ola biləcək ailələrdən, ailələrin dağılma səbəblərindən bəhs etdi. Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev ailədə milli-mənəvi dəyərlərin təbliğindən bəhs edərək belə maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac olduğunu bildirdi.Daha sonra rayon Qadınlar şurasının üzvü,tarix-diyarşünaslıq muzeyinin direktoru Nərminə Əkbərova, Ağcabədi şəhər 5-saylı tam orta məktəbin direktoru Solmaz Rəhimova, dindarlardan Heydər Məmmədov və Leyla Əliyeva da mövzu ətrafında çıxş etdilər.Sonda Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icmasının sədri Zeynəb Quliyeva belə maarifləndirmə tədbirlərinin keçirildiyi üçün cənab prezident İlham Əliyevə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova öz təşəkkürünü bildirdi.Tədbir gənclər mərkəzində çay süfrəsi ilə başa çatdırıldı və burada da şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər