Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Sənə güvənirik, Azərbaycan əsgəri!” adlı rəsm müsabiqəsi keçirilmişdir.

09 aprel 2016 | 11:00

9 aprel 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində “Sənə güvənirik, Azərbaycan əsgəri!” adlı rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd düşmənə qarşı uğurlu döyüş əməliyyatları keçirmiş əsgərlərimizə və ordumuza  dəstək olmaqdır.
Öncə gənclər Azərbaycan himnini səsləndirdilər. Daha sonra sinələrinə son günlər cəbhədə qəhrəmanlıq göstərərək canlarından keçən şəhidlərimizin fotoları və Azərbaycan bayrağı taxılmış gənc rəssamlar mübariz, qələbə ruhlu musiqilərin sədası altında öz vətənpərvər hisslərini tablolara köçürdülər.
Sonda münsiflər heyətinin seçimi ilə şəhər 7 saylı tam orta məktəbinin şagirdi İsayev Turan I yer, şəhər 9 saylı tam orta məktəbinin şagirdi və Heydər Əliyev Mərkəzinin Rəssamlıq dərnəyinin üzvü Nadir Mamedov II yer, Ü.Hacıbəyli adına şəhər İncəsənət məktəbinin şagirdi Nadir Əbilov III yer olmaqla qalib elan olundular. Qaliblər diplom və hədiyyələrlə təltif edildilər.
Fotomüxbir  Mais  Amai  AZpress.AZ   Ağcabədi  rayonu

Keçidlər