Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri hərbi Hospitalda olmuş, döyüşlərdə yaralanmış əsgərlərimizi ziyarət etmiş, onlarla söhbət etmişdir.
08 aprel 2016 | 11:00
Əsgərlərimizlə söhbət zamanı Rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, hazırda bütün yaralı əsgərlərimiz həkimlərin yüksək diqqət, qayğılarının əhatəsindədirlər və onlar tezliklə öz sağlamlıqlarına qovuşacaqlar. Bu gün bütün xalqımız Sizinlə fəxr edir, Sizin qəhrəmanlığınızla qürur duyur. Siz Azərbaycan tarixinin yeni- şanlı tarixini yaradanlar, gələcək zəfərlərimizin ilkinə imza atanlarsınız. Buna görə bütün Azərbaycan xalqı Sizə minnətdardır.
İgid əsgərlərimizlə olan görüş çox səmimi və şən əhval-ruhiyyədə davam etmişdir.Qeyd etmək lazımdır ki, əsgərlərimizin əhval ruhiyyələri çox yüksəkdir və onların hər bir tezliklə sağalıb ordu sıralarına qayıtmaq istəyirlər.