Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Oxu zalı” fəaliyyətə başladı

07 aprel 2016 | 11:00

07 aprel 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzin və  “Ələk” ədəbi məclisinin təşkilatçılğı ilə “Oxu zalı” fəaliyyətə başlamışdır. “Oxu zalı”nın əsas məqsədi gənclərin diqqətini  klassik və müasir ədəbiyyatın mütailəsinə çəkmək, onların sərbəst və düzgün fikir mübadiləsinə, oxuduqları əsərlərə düzgün qiymət verə bilməsinə şərait yaratmaqdır.
“Oxu zalı”nın ilk görüşü zamanı “Ələk” ədəbi məclisinin rəhbəri, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, “Ələk” ədəbi məclisinin üzvü, şair Gündüz Sevindik çıxış edərək “Ələk” ədəbi məclisi haqqında, həmçinin bu gün fəaliyyətə başlayan “Oxu zalı”nın yaradılması məqsədi, mütaliənin, faydaları, “Oxu zalı”nın gələcək fəaliyyəti haqqında məclis iştirakçılarına geniş məlumat verdilər.
Daha sonra qeyd edildi ki, “Oxu zalı”nın hər görüşü zamanı bir kitab oxucuların ixtiyarına veriləcəkdir. Seçilmiş həmin kitabın oxucular tərəfindən növbəti görüşdə geniş müzakirəsi nəzərdə tutulur.
“Oxu zalı”nda ilk müzakirə üçün Etel Lilian Voyniçin “Ovod” əsəri seçilmişdir.

Keçidlər