Ağcabədi rayonunda Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarına və cəbhədəki vəziyyətlə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə dəstək aksiyası keçirilib.
05.04.2016-cı il tarixdə Ağcabədi rayonunda Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarına və cəbhədəki vəziyyətlə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə dəstək aksiyası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları,hüquq mühafizə orqanlarının rəhbərləri, kənd İcra nümayəndəlikləri, bələdiyyələr, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər , Qarabağ müharibəsi əlilləri, veteranlar, ictimaiyyət nümayəndələrinin qatıldığı aksiya iştirakçıları şəhərin mərkəzindən Fizuli küçəsindən Heydər Əliyev parkına yürüş ediblər. Yürüş iştirakçıları Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların qanını yerdə qalmayacağını söyləyiblər.
Yürüş boyu vətənpərvərlik haqqında şüarlar səsləndirilib.
Yürüş iştirakçıları torpaqlarımızın erməni separatçılarından azad edilməsi uğrunda döyüşlərə hazır olduqlarını, Prezident Ali Baş Komandan İlham Əliyevin əmrini səbirsizliklə gözlədiklərini dönə-dönə bildiriblər.Hazırlanan şer kompazisiyası tədbiri daha da canlardırdı.