01.04.2016-cı il tarixdə torpaq mülkiyyətçiləri və əvvəllər baramaçılıqla məşğul olan şəxslərin iştirakı ilə ümumrayon toplantısı keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin bu il yanvarın 10-da 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ildönümünə həsr olunmuş iclasında qlobal böhranın və devalvasiyanın ölkəmizə mənfi təsirlərinin tez zamanda aradan qaldırılması ilə bağlı ölkə iqtisadiyyatını mənfi təsirlərdən qorumaq üçün sahibkarlığın inkişafı və ixracın stimullaşdırılması istiqamətində islahatlar genişləndirilməsi mövzusunda 01.04.2016-cı il tarixdə torpaq mülkiyyətçiləri və əvvəllər baramaçılıqla məşğul olan şəxslərin iştirakı ilə ümumrayon toplantısı keçirilmiş, onların rəy və təklifləri öyrənilmişdir.Gələcəkdə barama istehsalının artırılması ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyələrlə əlaqə saxlanmış və məlum olmuşdur ki, 1 şəhər, 1 qəsəbə, 12 kənd ərazisində 45,85 ha çəkil bağı qorunub saxlanılmışdır. Rayonda 2016-cı ildə 4 ton barama istehsalı planlaşdırılmışdır.Qeyd edilmişdir ki,gələcəkdə Yaponiyadan enliyarpaqlı çəkil tinglərinin gətirilməsi hesabına barama istehsalını 150 tonadək çatdırmaq olar.Ağcabədi rayonunda barama istehsalı 2001-ci ildə 23,6 ton, 2002-ci ildə 11,4 ton , 2003-cü ildə 9,5 ton, 2004-cü ildə 9,7 ton, 2005-ci ildə 9,8 ton, 2006-cı ildə 1,9 ton, 2007-ci ildə 3,3 ton, 2008-ci ildə 3,1 ton istehsal olunmuşdur.Hazırda Ağcabədi Regional Meşə Tingliyi Mərkəzində 10 min ədəd çəkil tingi var, əlavə olaraq 20 min çəkil ting toxumunun əkilməsi planlaşdırılır.