“ Novruz “ bayramı münasibəti ilə Ağcabədi rayonunda dislokasiya olunmuş hərbi hissələrdə bayram tədbiri keçirilmişdir.
16 mart 2012-ci il tarixdə saat 09:30- da Ağcabədi rayonunda dislokasiya olunmuş hərbi hissələrdə “ Novruz “ bayramı münasibəti ilə bayram tədbiri keçirilmişdir.
Ənənəvi vərdiş halını almış rayon ərazisində olan hərbi hissələrdəki əsgərlərlə bayram görüşündə Rayon İcra Hakimiyyətinin işçiləri, Qarabağ Əlillər Cəmiyyətinin sədri, ağsaqqalar , müharibə veteranları, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə 3500 nəfər iştirak etmişdir.
“ Novruz “ bayramı münasibəti ilə Ağcabədi rayonunda dislokasiya olunmuş hərbi hissələrdə əsgərlərə bayram sovqatı o cümlədən, 3500 ədəd bayram bağlaması paylanmış, Novruz süfrəsi üçün 400 kq ət hərbi hissələrə verilmişdir.
Bayram tədbirində çıxış edən hər bir görüş iştirakçısı əsgərlərin Novruz bayramını təbrik etmiş, onlara Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində can sağlığı və uğurlar arzu etmişlər. Bununla yanaşı onu da qeyd etmişlər ki, yaxın günlərdə Novruz bayramını Ali Baş Komandanın əmri ilə mərd əsgərlərimizin şücaəti ilə işğal altında olan torpaqlarımızda qeyd edəcəyik.
Daha sonra bayram tədbiri Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı bayram konserti ilə davam etdirilmişdir.