Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda əhalinin tibb müayinəsi davam etdirilir.

31 mart 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  respublikamızda 15 fevral 2016- ci il tarixdən başlanan əhalinin tibbi müayinədən keçməsi prosesi Ağcabədi rayonunda da uğurla davam etdirilir.
Ağcabədi rayonunda əhali arasında  təşkilati-izahat işinin yüksək səviyyədə  aparılması nəticəsində müəyyən edilmiş qrafiklə əhalinin 18 yaşdan yuxarı  rayonun idarələrinin, müəssisələrinin , digər təşkilatlarının nümayəndələrinin və rayon əhalisinin  mütəşəkkil şəkildə tibb müayinəsi aparılır.30.03.2016-cı il tarixə 55155 nəfər tibbi müayinədən keçmiş,onlardan 360 nəfər ambulator,94 nəfər stasionar müalicəyə cəlb edilmiş və 136 nəfər müayinə və müalicə üçün Bakı şəhərinə göndəilmişdir. Rayon əhalisi yaradılan şəraitə, göstərilən diqqət və qayğıya  görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Əhalinin tibbi müayinəsi  may ayının 2- dək davam olunacaqdır.

Keçidlər