Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Hacıbədəlli kəndində Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.

14 mart 2013 | 11:00

13 mart 2013-cü  il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kənd Mədəniyyət evinin və Hacıbədəlli kənd Musiqi məktəbinin birlikdə hazırladıqları  Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.
   Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqovun, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyevin iştirakı  ilə  800 nəfər iştirak etmişdir.
    Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov  açaraq xalqımızın çoxəsirlik tarixi ənənələrini özündə birləşdirən Milli Bayramımız olan – Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və onlara can sağlığı, xoşbəxtlik və süfrələrinə bol ruzi, bərəkət arzulamışdır.
   Əbülfət Tapdıqov  çıxışında onu da qeyd etmişdir ki,  Novruz bayramı arzuların, niyyətlərin həyata keçməsi  bayramıdır. İnanıram  ki, yaxın günlərdə cənab prezidentimiz İlham Əliyev cənablarının  apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edəcəyik  və bütün müxtəlif regionlarda məskunlaşan qaçqın və məcburi köçkünlər öz yurd – yuvalarına qayıdıb, gələn il  qeyd edəcəyimiz Novruz bayramını öz ev- eşiklərində, süfrə başında şadlıqla və gülərüzlüklə qeyd edəcəklər.
    Bayram şənliyində tonqal alovlanmış, milli adət və ənənələr yad edilmiş,Novruz bayramının ənənəvi  rəmzləri olan Bahar qızı, əlində od tutmuş Dədə Qorqud və  ətrafında  keçəl, kosa, keçi  ilə birlikdə tədbirə təşrif buyuraraq  insanlara xoş bahar arzuları  çatdıran  çıxışları bayram şənliyinə coşğun bir  ab – hava  gətirmişdi.
     Bayram şənliyi Ağcabədi rayonu Hacıbədəlli kənd Mədəniyyət evinin və Hacıbədəlli kənd Musiqi məktəbinin kollektivinin  birlikdə hazırladığı şən və rəngarəng musiqilərlə  davam etdirilmişdir.

Keçidlər