Ağcabədi rayonunda yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə tədbirlər keçirilmişdir
Martın 16-da Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı “N” saylı hərbi hissələrdə Novruz Bayramı münasibətilə tədbirlər keçirilmişdir. Çıxış edənlər zabit, gizir və əsgərləri Novruz bayramı münasibətilə təbrik etmiş, əsgərlərə cansağlığı arzulamış, onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə etmişlər.,daha sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışmışlar. Çıxış edənlər Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan söz açmışlar.
Sonra əsgərlərə bayramı sovqatı və digər hədiyyələr paylanmışdır.