Ağcabədi Rayonunda “İlaxır çərşənbə” qeyd olunmuşdur.
15 mart 2016-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimyyətinin qarşısında, Heydər Əliyev meydanında Ağcabədi Rayon İcra Hakimyyətinin, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə qurulmuş səməninin ətrafında Novruz atributları olan keçəl və kosanın iştirakı ilə “ İlaxır çərşənbə” qeyd olunmuşdur. Tədbirdə çıxış edən RİHB-nın müavini – İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva bayram təbriklərini rayon sakinlərinə çatdırıb, sakinlərə xoşbəxtlik və ruzi-bərəkət arzulayaraq,milli-mənəvi dəyərlərimizin qorunmasına göstərilən diqqətdən söhbət açmışdır. Heydər Əliyev Mərkəzinin aktyorluq dərnəyinin uşaqlarının maraqlı səhnələri, şeir və mahnıları, həmçinin Ü.Hacıbəyli adına şəhər incəsənət məktəbinin şagirdlərinin rəqsləri,idman nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Kosa və keçəlin bayram tədbirinə qatılması şənliyi daha da yadda qalan etmişdir. Sonra bayram tonqalı qalanmış və tədbir iştirakçıları tonqal ətrafında yallı getmişlər.