Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədili məktəblilər Qəbələ, Şəki və İsmayıllı rayonlarına yola düşüblər.

16 mart 2016 | 11:00

16 mart 2016- cı il tarixdə respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində ağcabədili məktəblilər Qəbələ, Şəki və İsmayıllı rayonlarına yola düşüblər. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki Heydər Əliyev Meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. 3 günlük tur çərçivəsində məktəblilər həmin bölgələrə tarixi ziyarət edib və daha yaxından tanıyacaqlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan tur-aksiyanın məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaqdan, Azərbaycan tarixini və tarixi abidələrini dərindən öyrətməkdən və onlarda milli-mənəvi dəyərlərə hörmət aşılamaqdan ibarətdir.

Keçidlər