Ağcabədi rayonu Bala Kəhrizli kəndi təbii qazla təmin olunub.
15 mart 2016- cı il tarixdə saat 15:00 –da Ağcabədi rayon Bala Kəhrizli kəndində qaz açılışı olmuşdur .Qeyd edək ki , Bala Kəhrizli kəndində 316 abonent vardır.
Açılış mərasimində Tərtər Regional Qaz İstismar idarəsinin rəis müavini Elməddin İbrahimov iştirak etmişdir.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxış edərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır.Bunun da bariz nümunəsidir ki, bu gün Bala Kəhrizli kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. Natiq onu da qeyd etmişdir ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərinin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdən biridir.
Tədbirdə Bala Kəhrizli kəndinin ağsaqqalları və ziyalıları, qonaqlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.