Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “AZƏRBAYCANDA RADİKAL DİNİ CƏRƏYANLAR VƏ ONLARA QARŞI MÜBARİZƏ” mövzusunda müşavirə keçirildi.

15 mart 2016 | 11:00

14 mart  2016-cı il tarixdə saat 11:45-də  Ağcabədi rayon Y.Məmmədov adına rayon Mədəniyyət evində “AZƏRBAYCANDA RADİKAL DİNİ CƏRƏYANLAR VƏ ONLARA QARŞI MÜBARİZƏ”  mövzusunda müşavirə keçirildi.
     Ağcabədi, Laçın,Ağdam,Bərdə, Fizuli, Beyləqan,Xocavənd, İmişli, Tərtər və Zərdab rayon prokurorlarının Daxili İşlər Nazirliyi,Dövlət  Təhlükəsizliyi  Xidməti və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin yerli strukturlarının iştirakı ilə keçirilən müşavirədə, İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini  Səyavuş Heydərov , Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev ,Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini  Hikmət Eyvazov , rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk  təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati  ərazi  dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları,uşaq bağçalarının müdirləri və  dindarlar iştirak edirdilər.
    Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsinin
yad etdilər.Daha sonra tədbir rayon Mədəniyyət evində davam etdi.
     Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən danışıb.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov müşavirədə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Diqqəti din pərdəsi adı altında aparılan münaqişələrə çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək, daxildə qarışıqlıq yaratmaqla onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır.
      Tədbirdə Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov çıxış edərək, ölkəmizdəki multikultural və tolerant mühitdən, dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıblar.
    Seminar–müşavirə müzakirələrlə davam etdirilib. Vurğulanıb ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidirlə

Keçidlər