Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda növbəti yarmarka keçirilmişdir

12 mart 2016 | 11:00

12.03.2016-cı il tarixdə, Novruz Bayramı ərəfəsində Ağcabədi rayonunda Kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilmişdir.Yarmarkada mal ətinin 1 kiloqramı 4 manat , qoyun ətinin 1 kiloqramı 5 manat olmaqla 7800 kiloqram ət məhsulu, 50 kiloqram unun kisəsi 21 manat , 10 kiloqram unun kisəsi 4.50 manat olmaqla 55 ton un, 1 ədədi 10 qəpik olamaqla 37 000 ədəd yumurta və 1 kiloqramı 20 qəpik olamaqla 20 ton taxıl məhsulları satılmışdır .
   “Atropaten “ ASC-nin Atena süd emalı zavodu tərəfindən isə 1,5 ton kərə yağı , 11,5 ton digər süd məhsulları 30 % , ” Siyəzən Broyler “ MMC tərəfindən isə 3,5 ton toyuq məhsulları 15% endirimlə satılmışdır.
   ”Səba“ ASC–nin yanında “Qarbağ Taxıl“ MMC tərəfindən 1,6 ton kərə yağı , 1,5 ton toyuq , 600 kiloqram ət məhsulları (kolbasa ,sosiska) və 1 ton digər süd məhsulları 50 % endirimlə satılmışdır.
   Bundan əlavə digər kənd təsərrüfatı (meyvə ,tərəvəz) məhsulları 15-20% dəyərindən aşağı qiymətə satılmışdır.

Keçidlər