Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “ Ağgöl Milli Parkı”na həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

11 mart 2016 | 11:00

10 mart 2016- cı il tarixdə saat 16:00 –da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət evində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin xüsusi layihəsi olan “ Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “ Quşlar cənnəti- Ağgöl Milli Parkı” adlı sənədli filmin nümayişi keçirilmişdir.
    Tədbir iştirakçıları tərəfindən sənədli film çox yüksək qiymətləndirilmişdir. Tədbirdə RİHB-nın müavini – İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva və “ Ağgöl Milli Parkı”nın direktoru Loğman Mehdiyev çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin fəaliyyətindən danışmış və doğma Ağcabədimizdə yerləşən, Azərbaycanın ən məşhur çöl-göl ekosistemi, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biri olan Ağ gölün əsrarəngiz təbii gözəlliklərini təbliğ etdirdiyi və mühafizəsinin vacibliyini diqqətə çatdırdığı üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya öz təşəkkürlərini bildirmişlər.
   Yekunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya tədbir iştirakçılarının müraciəti oxunmuşdur.

Keçidlər