Şriftin ölçüsü :

Saytın rəngi :

“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı ilə əlaqədar Ağcabədi rayonunda “Ustaddan şagirdə” adlı Muğam Məclisi keçirilmişdir.

13 mart 2013 | 11:00

12  mart  2013 – cü  il   tarixdə   saat  11:00 – da   “Muğam aləmi”  III Beynəlxalq Muğam Festivalı  ilə əlaqədar Ağcabədi rayonu Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində  şəhər Uşaq, İncəsənət və Musiqi məktəblərinin muğam şöbələrinin müəllim və şagird kollektivinin iştirakı  ilə “Ustaddan şagirdə” adlı muğam məclisi keçirilmişdir.
      Muğam Məclisində iştirak edən Azərbaycan Respublikasının Əməkdar Artisti , xanəndə Fehruz Səxavət  çıxış edərək muğam ifaçılarını təbrik  etdi və onlara maddi – mənəvi irsimiz olan muğamın öyrənilməsində, təbliğində başladıqları bu yolda uğurlar, nailiyyətlər arzuladı.
     Daha sonra şəhər Uşaq, İncəsənət və Musiqi məktəblərinin muğam şöbələrinin müəllim və şagirdlərinin ifalarında  bir – birindən gözəl muğamlar , xalq mahnıları, təcnislər səsləndirildi. Muğamsevərlər bu ifalarla xoş dəqiqələr keçirdilər.
    Muğam Məclisində  170 nəfər  iştirak etmişdir.

Keçidlər