Ünvanlı Dövlət Sosial Yardımının Alınma Qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən əhalinin sosial yardım üçün müraciəti yalnız internet vasitəsilə və ya keçid müddəaları qüvvədə olduğu müddətdə poçt vasitəsilə Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə ünvanlanmaqla həyata keçilrir.Bununla bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin İnzibati binasında rayon İcra Hakimiyyətinin və rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İcra nümayəndələrinin, eyni zamanda “Azərpoçt” MMC-nin Ağcabədi rayon filialının nümayəndələrinin iştirakı ilə təlim keçirirlmişdir. Təlimin məqsədi sosial yardımla bağlı yeni qüvvəyə minmiş qanunvericiliyin sosial yardım üçün müraciət edən ailələrə tez bir zamanda izah edilməsi, vətəndaşların sosial yardım üçün müraciətinin asan həyat keçirilməsi üçün maarifləndirilməsi üçün geniş tədbirlərin həyata keçirilməsi müzakirə edilmişdir.